“Qarabağ” “Qarabağ”a qalib gəldi (qol.az)
4 Sen 2010
“Qarabağ” “Qarabağ”a qalib gəldi (qol.az)
Premyer Liqada yaranmış fasilədən istifadə edən “Qarabağ” əvəzedici heyətlə yoxlama oyunu keçirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baş məşqçi Qurban Qurbanov start heyətində aşağıdakı futbolçulara şans verib: Sahil Kərimov, Kamil Hüseynov, Zaur Həşimov, Ayxan Abbasov, Aslan Kərimov, Namiq Yusifov, Dövran Ayhan, Georgi Adamiya, Rəşad Kərimov, Emin İmaməliyev, İlhami Fərzəliyev.
Suraxanı qəsəbə stadionunda baş tutan görüş əsas komandanın 4:0 hesablı qələbəsilə başa çatıb. Qolları Ayxan Abbasov, İlhami Fərzəliyev və Adamiya (iki qol) vurublar.
Suraxanı qəsəbə stadionunda baş tutan görüş əsas komandanın 4:0 hesablı qələbəsilə başa çatıb. Qolları Ayxan Abbasov, İlhami Fərzəliyev və Adamiya (iki qol) vurublar.