"Qarabağ" Qax toplantısını yekunlaşdırmaq üzrədir (ÜÇ NOQTƏ, 03.08.2005)

single-news
3 Avq 2005

"Qarabağ" Qax toplantısını yekunlaşdırmaq üzrədir (ÜÇ NOQTƏ, 03.08.2005)



BEKOVİÇ BAŞ MƏŞQÇİNİN ETİMADINI QAZANIB Növbəti mövsümün hazırlıqlarını Ağdamın "Qarabağ" komandası Qaxda təlim-məşq prosesi ilə davam etdirir. Hazırda baş məşqçi Elxan Abdullayev baxışa cəlb olunan futbolçuların imkanlarını götür-qoy edir. Hansı futbolçuların "Qarabağ"da mövqeyini möhkəmlədəcəyinə yaxın günlərdə aydınlıq gətiriləcək. E.Abdullayev hələlik yalnız baxışda olan müdafiəçi Bekoviçin çıxışını bəyəndiyini söyləyib. Baş məşqçi digər futbolçular barədə hələlik bir söz demək istəmədiyini vurğulayıb. Komandada əhval-ruhiyyənin yüksək cəviyyədə olduğunu söyləyən məşqçi hazırlığın plan üzrə getdiyini qeyd edib. Eyni zamanda klub heyətə cəlb etdiyi bəzi legionerlərlə də danışıqları davam etdirir. "Qarabağ" hazırlığın son mərhələsini Bakıda davam etdirəcək. Baş məşqçinin məlumatına görə, Qaxda normal şərait olmadığından klub yoldaşlıq görüşləri keçirməkdən məhrum olub. Məhz bu səbəbdən "Energetik" və "Gəncə" ilə matçlar baş tutmayıb. E.Abdullayev ümumilikdə komandanın hazırkı səviyyəsindən razı olduğunu bildirib. "Qarabağ" Bakıya sabah dönəcək.

Paylaş