"QARABAĞ" QAXA YOLA DÜŞDÜ

single-news
24 İyl 2005

"QARABAĞ" QAXA YOLA DÜŞDÜ



"Qarabağ" Futbol Klubu təlim məşq prosesi keçmək üçün Azərbaycanın gözəl guşələrindən biri olan Qaxa yola düşdü. Gündə iki dəfə olmaqla məşq keçəcək komanda bir neçə yoldaşlıq görüşündə də qüvvəsini sınayacaq. Qaxda Baş Məşqçi Elxan Abdullayevin sərəncamında müqaviləsi olan futbolçularla yanaşı klubla yenicə anlaşmış futbolçular da olacaq. Bundan başqa, bir neçə legioner futbolçunun da komandaya qoşulacağı gözlənilir. Artıq iki legioner müdafiəçi klubla birgə Qaxa yollanıb. Digərləri isə yaxın günlərdə Azərbaycana gələcəyi gözlənilir. 10 günlük təlim məşq prosesi planlaşdırılan komanda avqustun 5-də Bakıya qayıdacaq.

Paylaş

// pop up