“QARABAĞ” QAXA YOLLANACAQ
“QARABAĞ” QAXA YOLLANACAQ
Premyerliqanın 5-ci turunda qarşılaşacağımız “Qəbələ” ilə oyunun hazırlığını davam etdirən “Qarabağ” gündə 2 dəfə məşq edir. Ciddi-cəhdlə eyniadlı rayonun təmsilçisiylə görüşə hazırlaşan komandamız hazırlıqlarını hələlik Bakıda davam etdirir. Amma tezliklə komandamız paytaxtı tərk edəcək.
Buna səbəb isə qarşılaşcağımızın rəqibimizin təmsil etdiyi rayonun fərqli hava iqliminə malik olduğunu nəzərə alan çalışdırcımız Qurban Qurbanov yerli şəraitə uyğun olan yerdə təlim-məşq toplanışı keçirmək istəməsi olub. Belədə, komandamız Sentaybrın 14-ü oyunun keçiriləcəyi Qəbələyə yaxın olan Qaxa təlim-məşq toplanışına yollanacaq. Bütün heyətlə Qafqaza dağının yamaclarında yerləşən rayona yollanacaq komandamız oyun gününə qədər Qaxda qalacaq. Matç günü səhər isə komandamız Qəbələ şəhər stadionuna yollanacaq.