“QARABAĞ” QAXDADIR
“QARABAĞ” QAXDADIR
“Qarabağ” komandası artıq Qaxdadır. Çempionatda yaranmış 3 həftəlik fasilədən maksimum yararlanmağı maksimum qarşısına qoyan komandamız Azərbaycan Qax şəhərinə varid olub. Bazar günü axşam qatarla yola düşən 38 nəfərlik heyət səhər saat 09:00-da artıq Qax rayonun ərazisində yerləşən “Green Park”da idi.
Yol yorğunluğunu nəzərə alan texniki heyət səhər məşq keçirilməsini uyğun görməyib. Belədə, ilk məşqin reallaşması 16:00-a təsadüf edib. Yenidən yuvaya dönən Mehmet Ak da ilk məşqdə iştirak etdi. Onu da qeyd edək ki, Qaxa 24 futbolçu aparılıb. Keçirilmiş məşq məlum səbəblərdən dolayı elə də ağır olmayıb. Yüngül fiziki hazırlığa yönələn məşqdə 2 dəfə 15 dəqiqəlik kross yerinə yetirən futbolçularımız sonda 20 dəqiqəlik 2 qapıya futbolla məşqi bitirib.
Komandamızda sağlıq durumuna gəlincə. Sevindirici haldır ki, komandamızın bosniyalı legioneri Sedat Şahin artıq kollektivlə çalışmalarda var gücüylə iştirak edir.
Onu da qeyd edək ki, sabah komandamız 2 məşq keçməyi planlaşdırır.