`Qarabağ` qayıtdı
4 Fev 2013
`Qarabağ` qayıtdı
`Qarabağ`ımız artıq Bakıdadır. Yanvarın 9-unda Türkiyəyə təlim-məşq toplanışına yollanan komandamız 26 günlük hazırlığı başa vuraraq Antalya – İstanbul – Bakı reysiylə vətənə qayıdıb.
`Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov bugün komandaya istirahət verib. Sabahdan etibarən isə komandamız bazar günü, premyerliqanın XIX turunda qarşılaşacağımız `Qəbələ` ilə oyunun hazırlıqlarına start verəcək.
Komandamız sabah 12:00-da yığışacaq və məşqə yollanacaq.
