`Qarabağ` - `Qaz Metan Medias`. Şansları boşa verincə, 1:2. Fotolar

single-news
30 Yan 2011

`Qarabağ` - `Qaz Metan Medias`. Şansları boşa verincə, 1:2. Fotolar



`Qarabağ`ımız Antalyada 4-cü yoxlama oyununu keçirdi. Bu dəfəki rəqibimiz Ruminiya superliqa təmsilçisi `Qaz Metan Medias` idi.
 Komandamız meydana bu heyətə çıxmışdı: Fərhad, Zaur, Aftandil, Teli, Aqolli, Namiq, Rəşad Sadiqov, Nedzipi, Emin, Adamiya, Rubins
Ruminiyada canlı yayımlanan matça `Qarabağ`ımız daha yaxşı başladı. 5-ci dəqiqədə Adamiya qapıçı ilə təkbətək çıxsa da, rəqibin onu formasından dartdığına görə zərbə endirə bilmədi. Cərimə zərbəsini isə Nedzipi qapıçının üstünə vurdu. Əvəzində rumınlar ilk həmlədəcə hesabı açdılar. Künc zərbəsindən sonra Tarqavas başla hesabı açdı. Ardınca Aqollinin 2 həmləsi təhlükəli alındı. İlk öncə Rubins asmanı tamamlaya bilmədi. 2-ci cəhddə isə Aqllinin zərbəsini qolkiper çətinliklə dəf etdi.
İlk yarı boyunca komandamız topa nəzarət etsə də, 2-ci qol yenə rumınlardan gəldi. Əks-hücum zamanı `Qaza Metan Medias` 2-ci dəfə fərqləndi. İlk yarının son dəqiqəsində daha bir real qol şansını boşa verdik. Adamiya sol cinahdan ötürməyə dəqiq ayaq `qoya bilmədi`.
İkinci yarıda 6 aylıq fasilədən sonra Əfran meydana daxil oldu. Elə Əfran 2-c i yarıda ilk qol şansımızın müəllifi oldu. Nedzipinin zərbəsindən sonra dönən topa Əfran dəqiq zərbə endirə bilmədi. 64-cü dəqiqədə isə hesab arasındakı fərq nəhayət azaldı. Künc zərbəsindən sonra Aftandil başla hesab arasındakı fərqi azaltdı.Qoldan sonrakı 2 dəqiqə 2 qol real şansı boşa getdi. Sadiqov və  Adamiya əlverişli imkanlardan yararlana bilmədilər. Rəqibi təmamilə qapısına sıxan komandamız daha bir real qol şansından iştifadə etmədi. Nedzipi qapıçıyla təkbətəyə çıxsa da, 100 faizlik vəziyyətdən topu qapıçının üstünə vurdu. İkinci yarının gedişində Ayxan Abbasov, Rəşad Kərimov, Dövram Ayhan, İlqar Qurbanov, Tahar Aymen meydanda daxil oldu. Elə komandamızda baxışda olan Aymenin ötürməsindən sonra Nedzipi növbəti dəfə qol şansı əldə etsə də, zərbəsi bu dəfə də dəqiq olmadı.
Oyunda başqa qol olmayınca komandamız görüşdən 2:1 məğlub ayrıldı.  
`Qarabağ` - `Qaz Metan Medias` oyunundan maraqlı anlar FOTOQALEREYA bölümündə...

 http://qarabagh.com/1987/?name=photoview&phid=341&lang=1

Paylaş

// pop up