`Qarabağ` - `Qəbələ` 0:0. Yarımfinaldayıq

single-news
28 Mar 2012

`Qarabağ` - `Qəbələ` 0:0. Yarımfinaldayıq



Quzanlı qəsəbə stadionu.

Hakimlər: Elçin Məmmədov, Namiq Hüseynov, Yaşar Abbasov, İnqilab Məmmədov

“Qarabağ”: 99. Boyan Pavloviç, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov (k), 7. Namiq Yusifov, 11. Rauf Əliyev, 14. Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 24. Admir Teli, 25. Ansi Aqolli, 70. Vaqif Cavadov, 77. Georgi Adamiya

“Qəbələ”: 12. Pavels Doroşevs, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Burton, 11. Yannik Kamanan, 18. Aleksandr Çertoqanov, 20. Stiv Olfers, 34. Ürfan Abbasov, 77. Luiz Paulo Hillario

1`- Oyun başlayır
2`- `Qarabağ`ın ilk hücumu.. Adamiya irəliləyir, lakin qapı qarşısına ötürmə verməyə kimsə olmur
3`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapı qarşısına ötürmə, lakin top uzaqlaşdırılır
5`-  Əfranın cərimə meydançasındakı Raufa ötürməsi, lakin Rauf topu itirir
6`- Təhlükəli hücum... Əfran sürətlə irəliləyir, onun Raufa ötürməsi, lakin rəqib topu meydandan çıxarıır
9`- Rəşad Sadiqovun Əfrana ötürməsi... lakin ötürmə bir qədər sürətli olur
11`- Maksim sarı vərəqə alır
12`- `Qəbələ` cərimə zərbəsi yerinə yetirir, və top meydandan çıxır
14`- Oyun bu dəqiqələrdə qarşılıqlı ötürmələr şəklində gedir
18`- `Qəbələ` hücumu... Pavloviç vaxtında irəli çıxaraq topu tutur
20`- `Qarabağ` hücumu... Namiq Yusifov topu rəqibindən alır onun Raufa ötürməsi.. Raufun qapıya zərbəsi zəif olur və rəqib topu uzaqlaşdırır
22`- Mahir Şükürov Vaqifə qarşı qaydanı pozur və sarı vərəqə alır
23`- `Qarabağ` hücumu... Vaqifin əlverişli mövqedən qapı qarşına ötürməsi qeyri dəqiq olur
25`- Daha bir hücum... Əfran 3 rəqibinin əhatəsində çıxır, lakin onun qapıya zərbəsi dəqiq olmur
27`- `Qəbələ` künc zərbəsi yerinə yetirir və top uzaqlaşdırılır
30`- Vaqifin uzaqdan qapıya doğru zərbəsi, lakin top Çertoqanova dəyir
31`- `Qarabağ`ın təhlükəli hücumumuz... Vaqif sürətlə irəliləyir... cərimə meydançasına daxil olur onun qapı qarşısına ötürməsi, lakin son anda rəqib topu uzaqlaşdırır
33`- Daha bir hücum... Rauf sürətlə irəliləyir, cərimə meydançasına daxil olur, lakin o topu itirir
36`- `Qəbələ` hücumu... Pavloviç topu dəf edir
38`- `Qarabağ` hücumu... lakin qapıya zərbə olmur
42`- `Qarabağ` hücum qurmağa çalışır. Rəqib əllə oynasa da, hakim davam işarəsi verir
43`- Raufa qarşı qayda pozulur, Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə, lakin top qapının üstündən keçir
44`- Rauf rəqibinə qarşı qaydanı pozmasa da, hakim cərimə zərbəsi təyin edir.
45`- `Qəbələ` cərimə zərbəsi yerinə yetirir, və `Qəbələ` oyunçuları qaydanı pozur
45+1`- İlk hissə bitir
46`- İkinci hissə başlayır
47`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapı qarşısına ötürmə, lakin müdafiə topu uzaqlaşdırır
49`- `Qarabağ` künc zərbəsi yerinə yetirir, lakin `Qəbələ` müdafiçiləri qaydanı pozur
50`- Vaqif cərimə zərbəsini yerinə yetirir, qapı qarşısına gözəl ötürmə, lakin `Qarabağ`dan kimsə topa toxuna bilmir
51`- `Qarabağ`ın təhlükəli hücumu... Əfran sürətlə irəliləyir, o 3 rəqibinin əhatəsindən çıxamaq istəyir, lakin o
52`- Daha bir təhlükəli hücum... Vaqif irəliləyir... o cərimə meydançasına daxil olur, lakin o qapıya zərbə endirməyə gecikir
53`- Nöbəti hücum... Vaqifin Əfrana ötürməsi, lakin rəqib topu meydandan çıxarır
54`- Əfran künc zərbəsi yerinə yetirir, lakin top uzaqlaşdırılır
55`- Vaqifin qapıya doğru qüvvətli zərbəsi, lakin qapı tiri topun qapıdan keçməsinə mane olur
58`- `Qarabağ` hücumu.. Vaqifin qapı qarşısındakı Raufa ötürməsi... lakin Rauf 2 rəqibi ilə mübarizədə topu itirir
62`- Adamiya sarı vərəqə alır
64`- Əfran sürətlə irəliləyir.. və ona qarşı kobudluğa görə Ürfan Abbasov sarı vərəqə alır
65`- Rəşad Asadıxov cərimə zərbəsi yerinə yetirir, müdafiə topu meydandan çıxarır
66`- Rəşad Sadıxov künc zərbəsini yerinə yetrir, Admir Telinin başla qapıya zərbəsi, qapıçı topu dəf edir
68`- Adamiya 3 rəqibinin əhatəsindən çıxır və onun Rəşada ötürməsi, lakin Rəşad Sadiqovun qapı qarşısına ötürtməsi qeyri dəqiq olur
69`- Ansi Aqollinin Vaqifə gözəl ötürməsi, lakin Vaqif Aqollini başa düşmür
71`- Bu dəqiqələrdə `Qarabağ` topu özündə saxlayır
72`- `Qəbələ` cərimə zərimə zərbəsi yerinə yetirir, Pavloviç topu dəf edir
73`- Rauf sürətlə irəliləyir, lakin rəqib topu meydandan çıxarır
74`- `Qarabağ` künc zərbəsi yerinə yetirir. Adamiyanın qapıya doğru zərbəsi, lakin son anda müdafiə topun qapıya girməsinin qarşısını kəsir
76`- Aqollinin qapıya doğru zərbəsi, lakin zərbə qüvvətli olmur və qapıçı topu dəf edir
78`- Aqolli sürətlə irəliləyir... onun Vaqifə ötürməsi, lakin rəqiblə mübarizədə topu itirir
81`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi... Vaqif Cavadovu Bəxtiyar Soltanov əvəzləyir 
83`- `Qəbələ`də ilk oyunçu dəyişikliyi... Viktor Mendini Murad Hüseyinov əvəzləyir
85`- `Qəbələ`də oyunçu dəyişikliyi... Burtonu Arif İsayev əvəzləyir
88`- Baranin hakimin göstərişinin əksini etdiyinə görə sarı vərəqə alır
90`- `Qarabağ`da oyunçu dəyişikliyi... Əfranı İlqar Qurbanov əvəzləyir
90+2`- `Qarabağ`da son oyunçu dəyişikliyi... Zaur Haşımov Adamiyanı əvəzləyir
90+3`- Rəşad Sadiqov qapıya doğru qüvvətli zərbəsi, lakin top az fərqlə qapının üstündən keçir
90+4`- Hakim oyunu bitirir, `Qarabağ`ımız növbəti mərhələyə keçir

 


 


 

Paylaş

// pop up