`Qarabağ` - `Qəbələ`. 1:1
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/5597.jpg)
`Qarabağ` - `Qəbələ`. 1:1
Quzanlı qəsəbə Olimpiya İdman Kompleksinin stadionu.
Baş hakim: Rauf Cabbarov
Baş hakimin köməkçiləri: Mehman Mahmudov, Coşqun Həsənov; Elvin Əsgərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Şahin Cəfərov
“Qarabağ”: Boyan Pavloviç, Maksim Medvedyev, Rəşad Sadiqov (k), Namiq Yusifov, Rauf Əliyev, Rəşad Sadıxov, Muarem Muarem, Əfran İsmayılov, Admir Teli, Ansi Aqolli, Georgi Adamiya
“Qəbələ”: Pavels Doroşevs, Mahir Şükürov (k), Lyuba Baranin, Bruno da Silva, Viktor Mendi, Yannik Kamanan, Aleksandr Çertoqanov, Rövşən Əmiraslanov, Stiv Olfers, Ürfan Abbasov, Dodo
1`- Oyun başlayır
2`- `Qarabağ` hücumu... Muarremin qapıya doğru qüvvətli zərbə, qapıçı çətinliklə topu dəf edə bilir
3`- Daha bir hücum... Rəşad Sadiqovun daha bir qapıya doğru qüvvətli zərbəsi, qapıçı bu dəfə də topu dəf edə bilir
5`- Oyun Komandamızın ərazi üstünlüyü ilə keçir
6`- Rəşad Sadiqovun Əfrana ötürməsi, Əfranın sağ cinahdan qapıya zərbəsi qeyri dəqiq olur
9`- `Qəbələ` oyunçusu Stiv əllə oyuna görə sarı vərəqə alır
10`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, lakin top qapıdan xeyli aralı keçir
11`- Adamiyadan qapı qarşısındakı Rəşad Sadiqova ötürmə, lakin Rəşad topu itirir
15`- Əfrandan cərimə meydançasındakı Raufa gözəl ötürmə, lakin ötürmə bir qədər sürətli olur, Rauf topa çata bilmir
16`- `Qəbələ` cərimə zərbəsi yerinə yetirir, hesab açılır. Hesab 0-1
18`- `Qarabağ`ın əks hücumu... Muarremin qapıya doğru qüvvətli zərbəsi... top qapı tirinə dəyir. Əfran dönən topa təkrar zərbə endirməsinə isə müdafiəçilər mane olur
19`- Növbəti hücumumuz... Adamiyanın cərimə meydançasındakı Əfrana ötürmə, lakin müdafiə topu uzaqlaşdırır
20`- Əfran künc zərbəsi yerinə yetirir, qapıya doru zərbə, qapıçı son anda topu dəf edə bilir
22`- Ansi Aqollidən cərimə meydançasındakı Raufa gözəl ötürmə, Raufun başla qapıya zərbəsi, lakin top qapının üstündən keçir
25`- `Qarabağ` hücumu... lakin nəticəsizdi
26`- Maksimin qapı qarşına ötürməsi... lakin Rəşad Sadiqovun zərbə endirməsinə rəqib mane olur
27`- `Qəbələ` oyunçusu Ürfan Abbasov sarı vərəqə alır
28`- Rəşad Sadıxov cərimə zərbəsini yerinə yetirir, qapıya doğru zərbə... qapıçı bu dəfə də topu dəf edir
29`- Əfran künc zərbəsi yerinə yetirir, əllə oyun olsa da hakim qeydə almır
30`- Əfran qapı qarşısındakı Raufa ötürmə, lakin topa zərbə endirə bilmir
31`- Sol cinahdan təhlükəli hücumumuz..Raufun qapıya doğru zərbəsi... top çox az fərqlə qapıdan aralı keçir
32`- Daha bir hücum... Muarremin qapıya doğru zərbəsi qeyri dəqiq olur
34`- Əfran künc zərbəsi yerinə yetirir, Əvvəlcə Muarremin, daha sonra Raufun qapıya zərbəsi qeyri dəqiq olur
35`- Daha bir 100 faizlik qol şansımız.. Əfran qapıçı ilə təkbətək qalır lakin onun zərbəsi qapıçı da qalır
37`- Oyun demək olar rəqibin yarım meydanında gedir.. lakin qol təəssüfki gəlmir
40`- `Qəbələ` oyunçusu Dodo zədələnir və ona meydanda tibbi yardım göstərilir
44`- `Qəbələ` oyunun tempini aşağı salamağa çalışır
45`- Muarremə qarşı qayda pozulur, Rəşad Sadıxovun cərimə zərbəsini yerinə yetirir, Adamiyanın qapıya doğru qüvvətli zərbəsi, lakin qapıçı çox çətinliklə topu dəf edir
45+1`- İlk hissədə bütün üstünlük komandamızda olsa da, hesabda geriyik. İlk hissə bitir
46`- İkinci hissəyə oyunçu dəyişikliyi ilə başlayırıq. Vaqif Cavadov Rauf Əliyevi əvəzləyr
47`- `Qarabağ` hücumu... Adamiyanın zərbəsi, lakin top müdafiədən dönür
48`- Admir Teliyə qarşı kobudluğa görə Mahir Şükürov sarı vərəqə alır. Vaqif cərimə zərbəsini yerinə yetirir, lakin qapıçı topu tutur
50`- `Qarabağ` ikinci hissəyə də sürətli başlayıb. Muarremin qapıya doğru zərbəsi, zərbə qeyri dəqiq olur
52`- Əfran künc zərbəsi yerinə yetirir, müdafiə topu yenə uzaqlaşdırır
55`- `Qarabağ`ın əks hücumu... Rəşad Sadiqovun zərbəsi qeyri dəqiq olur
57`- Aqollinin qapıya doğru qüvvətli zərbəsi, qapıçı bu dəfə də topu dəf edir
60`- `Qəbələ`də oyunçu dəyişikliyi..
61`- `Qarabağ` hücumu... Aqollinin qapı qarşısına ötürməsi, lakin top uzaqlaşdırılır
63`- Daha bir təhlükəli hücum... Əfran sürətlə irəliləyir... onun qapıya doğru qüvvətli zərbəsi, lakin top du dəfə də qapıya girmir
65`- Növbəti hücumumuz.. lakin yenə nəticə yoxdu
66`- Əllə oyun görə Rövşən Əmiraslanov sarı vərəqə alır
67`- Aqolli toxunmasa da, Viktor Mendi özünü yerə yıxaraq hücumun qarşısını alır
70`- `Qəbələ` cərimə zərbəsi yerinə yetirir, və top qapıdan xeyli aralı keçir
74`- `Qarabağ`ın əks hücumu... Əfran sürətlə irəliləyir, lakin o topu itirir
75`- Dah bir hücum... Qapıya zərbə, lakin qapıçı bu dəfə də topu tutur
76`- `Qəbələ`də oyunçu dəyişikliyi..
78`- Vaqif künc zərbəsi yerinə yetirir, Admir Telini baş zərbəsi, lakin top meydandan çıxır
79`- Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir, qapıya doğru zərbə... lakin top müdafiədən dönür
80`- Oyun `Qarabağ`ın hücumları şəklində getsə də, hesabda geriyik
83`- `Qarabağ`da oyunçu dəyişikliyi.. İlqar Qurbanov əvəzləyir
85`- `Qarabağ`da oyunçu dəyişikliyi.. Muaremi Bəxtiyar Soltanov oyun daxil olur
86`- `Qəbələ`də oyunçu dəyişikliyi..
88`- Daha bir hücum... Əfran sürətlə irəliləyir, lakin o topu itirir
90`- Növbəti hücum... İlqar Qurbanovun sağ cinahdan qapıya doğru zərbəsi və nəhayət QOOOOOL! Hesab 1-1
90+1`- Ardıcıl hücumlarımız... qapı qarşısındakı Adamiyaya ötürmə, lakin o ofsayta düşür
90+2`- Aqolli sürətlə irəliləyir... lakin rəqib yenə yıxılaraq hücumun qarşısına alır
90+4`- Hakim oyunu bitirir. Demək olar qalib gəlməli olduğumuz oyun heç-heçə ilə bitir 1:1