`Qarabağ` - `Qəbələ`. 17-ci duel. `Qəbələ` saxladı və qələbəsizliklə..
`Qarabağ` - `Qəbələ`. 17-ci duel. `Qəbələ` saxladı və qələbəsizliklə..
`Qarabağ`ımız sabah növbəti dəfə `Qəbələ`ylə qarşılaşacaq. Komandalar 2 həftə öncə Qəbələdə qeydə alınmış 2:2-nin revanşına çıxacaq. Tərəflərin qarşılaşma tarixi cəmi 5 il olsa da daim çəkişmə, maraqlı oyunlar duelləri zənginləşdirib. İndiyə kimi tərəflərin 16 dueli baş tutub. Komandamız daha çox 6 dəfə qələbə sevincini yaşayıb. Qəbələlilər isə 3 dəfə 3 xalla öyünüb. Maraqlıdı ki, tərəflər arasında baş tutan ilk 5 qarşılaşmada komandamız qələbə qazanıb və bütün oyunlarda 2 qolla qələbə qazanıb (bir dəfə 3:2). Ardınca 3 heç-heçədən sonra nəhayət `Qəbələ` 3:1 hesabıyla qələbə qazanıb. Tərəflər arasında yeganə böyükhesablı qələbə ötən mövsüm qeydə alınıb. Komandamız Suraxanıda 3:0-lıq qələbə qazanıb. Topların fərqində də komandamız üstündür. 21 dəfə fərqləndiyimiz halda qəbələlilər 15 dəfə eyni uğuru təkrarlayıb.
Cari mövsüm artıq tərəflərin 4 görüşü baş tutub. Avqustun 27-sində baş tutan ilk görüşdə Mendinin vurduğu qolla qalib gələn qəbələlilər həm səfərdə ilk dəfə `Qarabağ`ı məğlub etdilər, həm də `Qarabağ` mövsümdə ilk məğlubiyyətini aldı. Növbəti 3 görüş isə sülhlə yekunlaşıb. Təsnifat mərhələsinin cavab görüşü qolsuzluqla yekunlaşdı. Bu ay martın 14-ü və 18- fərqli meydanlarda və fərqli turnirlərdə tərəflər yenə qələbəyə həsrət qaldı. Maraqlıdı ki, hər 2 oyunda komandamız hesabda geri olsa da son dəqiqədə vurduğumuz qollar bərabərlik gətirib, 2:2 və 1:1.
Ümumiyyətlə, `Qəbələ` cari mövsüm eyni zamanda daha bir seriyamıza son qoyub. Belə ki, 2011-ci ilin dekabrın 21-də baş tutan oyunda `Qəbələ`ylə oyunda qeydə alınmış qolsuzluqdan sonra komandamız ardıcıl 5 oyunda qələbə qazanaraq mövsümün ən yaxşı seriyasını `tutdu`. Amma `Qəbələ`dən sonra başlayan seriya `Qəbələ`ylə oyunda başa çatdı (qeyd etdiyimiz heç-heçələrlə).
`Qarabağ` FK Mətbuat Xidməti
`Qarabağ` - `Qəbələ` bütün oyunlar
2006/07 20.08.2006 Premyer Liqa Gilan(Qəbələ) - Qarabağ (Ağdam) 0:2
2006/07 22.02.2007 Premyer Liqa Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2
2007/08 06.10.2007 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2007/08 13.04.2008 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 2:1
2008/09 20.09.2008 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:2
2008/09 15.03.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 23.09.2009 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:0
2009/10 06.12.2009 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 1:1
2009/10 21.03.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 3:1
2009/10 24.04.2010 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2010/11 25.09.2010 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 2:1
2010/11 13.02.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 3:0
2011/12 27.08.2011 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 0:1
2011/12 21.12.2011 Premyer Liqa Qəbələ - Qarabağ (Ağdam) 0:0
2011/12 14.03.2012 Qəbələ - Qarabağ (Ağdam) 2:2 Kubok
2011/12 18.03.2012 Premyer Liqa Qarabağ (Ağdam) - Qəbələ 1:1
2011/12 28.03.2012 Qarabağ (Ağdam) - Qəbələ ??? Kubok
