`Qarabağ` - `Qəbələ`. `Ev`də məğlub olmadan. Statistika
![single-news](https://qarabagh.com/uploads//catalog/old/pics/4692.jpg)
`Qarabağ` - `Qəbələ`. `Ev`də məğlub olmadan. Statistika
`Qarabağ`ımız sabah premyerliqanın IV turunda `Qəbələ`ylə qarşılaşacaq. Cari mövsümdə yüksək yerlərə iddialı komandaların görüşü maraq doğurur. Quzanlıda baş tutacaq görüş tərəflərin sayca 13-cü dueli olacaq. İlk dəfə tərəflər 2006/07 mövsümündə qarşılaşıblar. Komandamız səfər meydanında baş tutan ilk görüşdə 2:0 hesabıyla qalib gəlib. Suraxanıda baş tutan cavab qarşılşamasında isə komandamız 3:2 hesabıyla qalib gəlib. Ümumiyyətlə, komandamız Qəbələnin eyni adlı komandasıyla keçirdiyi ilk 5 qarşılaşmanın hamısında qələbə qazanıb. Rəqibimiz ilk dəfə komandamızdan 2008/2009 mövsümünün 2-ci yarısında Suraxanıda baş tutan görüşdə xal alıb, 0:0. Sonradan `Qəbələ` komandamıza qarşı məğlubiyyətsiz seriya yaxalasa da, ötən mövsümdə baş tutan sonuncu dueldə komandamız rəqibini 3:0 hesabıyla darmadağın edib.
Ümumilikdə, indiyə kimi keçirilən qarşılaşmaların tən yarısında komandamız qələbə qazanıb. 3 dəfə uduzmağımızın qarşılığında, 3 oyunda da tərəflər hərəyə 1 xal qazanıb. Rəqibin qapısından keçirdiyimiz 18 topun qarşılığında 13 dəfə `Qəbələ` fərqlənib. Ümumiyyətlə, `Qəbələ`yə heç vaxt evdə məğlub olmamışıq və son 4 oyunda cəmi 1 top buraxmışıq.
Sabahkı görüş Quzanlıda `Qəbələ`ylə 3-cü görüş olacaq. Baş digər 2 görüşdə heç-heçə qeydə alınıb. 2009-2010 mövsümün təsnifat mərhələsində 0:0, həlledici mərhələdə isə 1:1 hesabı qeydə alınıb.
Araşdırma:`Qarabağ` FK mətbuat xidməti