"Qarabağ" - "Qəbələ" matçında İnqilab Məmmədov

single-news
29 Apr 2019

"Qarabağ" - "Qəbələ" matçında İnqilab Məmmədov



Azərbaycan kubokunda 1/2 final mərhələsinin cavab görüşləri üçün bütün təyinatlar açıqlanıb.

“Qarabağ”ımızın evdə qarşılaşacağı "Qəbələ" ilə matçı İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Rəşad Əhmədovdur.

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu mayın 1-i, saat 17:00-da start götürəcək.

1 may (çərşənbə)

17:00. “Qarabağ” – “Qəbələ”
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş