"Qarabağ" - "Qəbələ" oyununun təyinatları açıqlanıb

single-news
28 Apr 2022

"Qarabağ" - "Qəbələ" oyununun təyinatları açıqlanıb



Azərbaycan kubokunun yarımfinal mərhələsində keçiriləcək "Qarabağ" - "Qəbələ" oyununun təyinatları açıqlanıb.

 

Qarşılaşmanı Elçin Məsiyev idarə edəcək. Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək.

 

Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.

 

Aprelun 29-u "Azersun Arena"da keçiriləcək qarşılaşma saat 17:30-da başlayacaq. İlk qarşılaşmada komandamız 3:1 hesabı ilə qalib gəlmişdi.

Paylaş

// pop up