"Qarabağ" - "Qəbələ" oyununun təyinatları
4 Mar 2022
"Qarabağ" - "Qəbələ" oyununun təyinatları
Azərbaycan Premyer Liqasının 18-ci turunda keçiriləcək "Qarabağ" - "Qəbələ" oyununun baş hakimi Elçin Məsiyev olacaq.
Elşad Abdullayev və Pərvin Talıbov köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Nicat İsmayıllı yerinə yetirəcək.
Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi Eldəniz Musayevdir.
Martın 6-da "Azersun Arena"da keçiriləcək "Qarabağ" - "Qəbələ" oyunu saat 19:15-də başlayacaq.
