`Qarabağ` - `Qəbələ`.Rəqəmlərin gözü ilə...

`Qarabağ` - `Qəbələ`.Rəqəmlərin gözü ilə...
Sabah `Qarabağ`ımız premyerliqanın final mərhələsinin 7-ci turunda `Qəbələ`ni qəbul edəcək. Eyniadlı rayonu təmsil edən komandayla baş tutacaq oyun sayca 10-uncu olacaq. İlk dəfə `Qarabağ` o vaxt `Gilan` adlanan komandayla Mingəçəvirdə qarşılaşıb. Komandamız 2:0 hesabıyla qalib gəlib. 2006-2007 mövsümündə Suraxanı qəsəbə stadionunda baş tutmuş cavab görüşündə isə `Qarabağ`ımız 3:2 hesabıyla qalib gəlib. Növbəti 3 görüş də `Qarabağ`ımızın qələbəsiylə başa çatıb. Maraqlıdı ki, bu matçların hər 3-ü 2:1 hesabıyla başa çatıb. `Qəbələ` üzərində ardıcıl 5 qələbədən sonra ötən mövsümün 2-ci yarısında baş tutan cavab görüşündə Ramiz Məmmədovun yetirmələri tarixlərində ilk dəfə `Qarabağ`dan xal alıblar, 0:0.
Cari mövsümün təsnifat mərhələsində baş tutan görüşlərdə də qələbəyə sevinən olmayıb: 0:0,1:1. Final mərhələsinin ilk oyununda isə `Qəbələ` ilk dəfə `Qarabağ` üzərində qələbəyə sevinib. Belədə 10-cu duel ərəfəsində `Qarabağ`ımızın rəqiblə duellərdə 5 qələbə, 3 heç-heçə və 1 məğlubiyyəti diqqət çəkir. Topların fərqində də komandamız öndədir, 13:9.