`Qarabağ` ` Qəbələ`yə hazırlaşır

single-news
27 Mar 2013

`Qarabağ` ` Qəbələ`yə hazırlaşır



`Qarabağ` premyerliqanın XXIV turunda qarşılaşacağı `Qəbələ` ilə oyunun hazırlıqlarını davam etdirir. Milli komandalara göndərdiyi 10 futbolçusundan əskik çalışan komandamız günü tək çalışmayla keçirəcək. Komandamızda milli futbolçularla yanaşı zədəli futbolçuların durumundan da xəbər var. `Turan`la yoxlama görüşündən öncə zədələnən İlqar Qurbanovun əzələ yüklənməsindən yaranmış problemi aradan qalxmaq üzrədir. Qurbanov sabahdan etibarən kollektiv çalışmalara başlayacaq. Daha bir zədəlimiz Branimir Subaşiç isə fizioterapevt nəzarətində fərdi çalışmaqla kifayətlənir. Qeyd edək ki, `Qarabağ` - `Qəbələ` oyunu Martın 30-da saat 15:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paylaş

// pop up