"Qarabağ" Qəbələyə yarımcan gedir (fanat.az)
"Qarabağ" Qəbələyə yarımcan gedir (fanat.az)
Elvin, Maksim, Əfran, Aslan zədədən əziyyət çəkir, Emin, Vüqar və Vaqif isə xəstələnib
Fanat: "Qarabağ" bu gün Premyer Liqanın XIII turu çərçivəsində "Qəbələ" ilə keçirəcəyi matç üçün eyniadlı rayona yola düşür. Fanat.az xəbər verir ki, komanda daim qələbə qazandığı rayona itkilərlə yollanır.
Belə ki, "Qarabağ" zədə və xəstəlik səbəbindən bir sıra futbolçuların imkanlarından yararlanmayacaq. Məşqdə dizindən zədələnən Elvin Məmmədov 10 günlüyə sıradan çıxıb. Maksim Medvedev, Əfran İsmayılovun da analoji problemləri var. Kapitan Aslan Kərimov da artıq 1 aydı zədədən əziyyət çəkir. "Turan"la oyunöncəsi xəstələnərək sıradan çıxan Emin İmaməliyevə komandanın ən məhsuldar oyunçusu Vaqif Cavadov və Vüqar Nadirov da qoşulub. Qara Qarayev və Tural İsgəndərovun da məlum səbəblərdən Almaniyada olduğunu nəzərə alsaq komandamızda 8-9 futbolçunun meydana cıxa biləcəyi sual altındadır.