`Qarabağ` Qəbələyə yollanır
24 Avq 2013
`Qarabağ` Qəbələyə yollanır
`Qarabağ`ımız bugün yola düşür. Premyerliqanın IV turunda `Qəbələ`nin qonağı olacaq komandamız eyniadlı rayona yollanır. 2 gün öncə Avroliqanın play-off mərhələsində `Ayntraxt`la qarşılaşan komandamız dünən istirahət etmişdi. Belə də komandamız`Qəbələ`yə çatdıqdan sonra oyundan öncə ilk və sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` oyunu Avqustun 25-də saat 18:00-da keçiriləcək.
Qeyd edək ki, `Qəbələ` - `Qarabağ` oyunu Avqustun 25-də saat 18:00-da keçiriləcək.
