"Qarabağ" qələbə qazanacağına əmindir (üç nöqtə, 02.12.2006)
3 Dek 2006
"Qarabağ" qələbə qazanacağına əmindir (üç nöqtə, 02.12.2006)
"Qarabağ" ölkə kubokunun 1/8 final mərhələsinin cavab görüşü çərçivəsində "Neftçi"ylə matça ciddi hazırlaşır. İlk oyundakı 1"::2-lik məğlubiyyətə baxmayaraq, kollektiv növbəti mərhələyə çıxacağına inanır. Onların məşqlərdəki istəkli davranışları, mübarizəsi bunu deməyə əsas verir. Futbolçular oyun öncəsi fikirlərini bölüşməkdən imtina etdilər. Bunu proqnoz vermək istəməmələri ilə əlaqələndirdilər. Amma kapitan Aslan Kərimov klubun internet saytına "krallar mücadiləsi olacaq" deməklə komandanın ümumi əhval-ruhiyyəsini göstərib. Futbolçular oyun saatını səbirsizliklə gözləyirlər. Zədəli oyunçuların çoxluğundan baxmayaraq, meydançaya çıxacaq 11 futbolçu "Qarabağ"ın gücünü göstərəcəklərinə əmindir. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.