“QARABAĞ” QƏLƏBƏYLƏ BAŞLADI
“QARABAĞ” QƏLƏBƏYLƏ BAŞLADI
Komandamız çempionluq yarışına uğurla başladı. Mövsümöncəsi xoş olmayan vəziyyətlə üzləşən komandamız hər şeyə rağmən ilk görüşdən qələbə ilə ayrıla bildi.
Komandamızın son anda transfer etdiyi Zaur Ramazanov start heyətdə yer almışdısa, Emin İmaməliyev oyuuna sonradan daxil olacaqdı.
Komandamız oyuna hücumlarla başladı. İlk hücumdaca hesabı aça bilərdik. Lakin, Cavadov Şakirinin ötürməsinə çata bilmədi. Növbəti qol epizodu 16-cı dəqiqədə yarandı. Lakin Ramazanov təkbətək qaldığı epizodda debütünü qolla yuya bilmədi. Forvard bir də ilk yarının son dəqiqəsində qol epizodundan yararlana bilmədi. Amma buna qədər görüşdə hesab açılmışdı. Şakri Namiqin zərbəsindən sonra yaxaladığı topu tora göndərəndə dəqiqələr 26-nı göstərirdi. Bu qoldan başqa komandamızın ən azı 3 epizodda qol vurmağa məhkum idi. Lakin, Vaqif, Murad, Ayxan əldə etdikləri imkandan istifadə edə bilmədilər.
İkinci yarıya da komandamız hücumlarla başladı. Vaqif növbəti qol şansını boşa verdi. Belə də qonaqlar gözlənilmədən hesabı açdılar. Anidən qapıçıyla üz-üzə qalan Həşimova qarşı hərəkəti referi penalti olaraq dəyərləndirdi. Kakiaşvili hesabı bərabərləşdirməkdə çətinlik çəkmədi. Geridə qalan 25 dəqiqədə komandamız bütünlüklə hücuma keçdi. Qurbanov Emin İmaməliyevə debüt, Viktora isə yeni mövsümün havasını udmağa şərait yaratdı. Çalışdırcının taktiki gedişi özünü doğrultdu. Və 80-ci dəqiqədə Viktor Ramazanovun ötürməsini qola çevirdi. Bundan sonra isə Viktor 2 epizodda hesabı artırmağa borclu idi. Lakin nigeriyalı ilk öncə Azərin möhtəşəm ötürməsini, ardınca isə Eminin pasını boşa verdi. Qola qədər isə Şakirinin cərimə zərbəsi dirəyə dəymişdi. Eyni zamanda İmaməliyev də debütünü qolla yumaq üçün əla imkanı boşa verdi.
Beləliklə, komandamız çempionatın ilk turunda inanılmaz sayda qol imkanını boşa versə də, ilk qələbəsini qazana bildi.