“QARABAĞ” QIZILCAHAMAMDA ...

single-news
28 İyn 2006

“QARABAĞ” QIZILCAHAMAMDA ...



“Qarabağ” Futbol Klubu hazırlığın ikinci mərhələsinə start verdi. 27.06.2006-cı il tarixində Türkiyəyə yollanan klub Ankaradan 70 km məsafədə yerləşən Qızılcahamam şəhərinə gəldi. Bir gün ərzində Klub üzvləri “Abu Həyat” otelində məskunlaşdıqdan sonra, bu gün “Qarabağ” əvvəlcədən planlaşdırıldığı kimi 5 ulduzlu “Patalya” otelinə yollandı. 10 gün planlaşdırılan təlim məşq prosesinin vaxtı UEFA Kuboku ilkin tısnifat mərhələsinin ilk oyununun rəqib meydançada olması səbəbindən Qarabağ FK Türkiyədə daha üç gün artıq qalacaq. 10 iyulda Moldovanın Kişinyov şəhərinə yollanacaq komanda üç gün ərzində Moldova paytaxtında məskunlaşacaq. Burada 11 iyul və 12 iyulda oyunun keçiriləcəyi meydançada məşq prosesi də planlaşdırılmışdır. Daha sonra komanda matç saatını gözləyəcək. Qızılcahamamda isə komanda bu gün ilk “Patalya” otelinə məxsus stadionda ilk məşqinə çıxdı. Təbiətin qoynunda, 1600-1800 metr yüksəklikdə yerləşən stadionun ot örtüyü əla vəziyyətdə idi. Əsasən iki dəfəlik planlaşdırılan məşqlər Türkiyə vaxtı ilə səhər saat 11:00 və axşam saatlar 18:00-da keçiriləcək. Komandanın keçirəcəyi oyunlar, rəqiblərimiz, klubun yerləşdiyi otel haqqında digər yazılarda məlumat veriləcək. Saytımızı izləməkdə davam edin.

Paylaş

// pop up