`Qarabağ` Raufsuz məşq edəcək
![single-news](https://qarabagh.com/uploads/catalog/nophotonews.png)
`Qarabağ` Raufsuz məşq edəcək
`Qarabağ`ımız hazırlıqlarını davam etdirir. Türkiyədəki təlim-məşq toplanışının 6-cı günündə komandamız günü tək məşqlə keçirdi. Saat 10:30-da start götürən çalışma 100 dəqiqə davam etdi. Öncə 3 qrupda `kvadrat` oynayan futbolçular ardınca gücləndirici hərəkətlər yerinə yetirdilər. Sonra meydanın fərqli hissələrində topla müəyyən təmrinlər yerinə yetirən komandamız məşqi beləcə başa vurdu.
Qeyd edək ki, milli futbolçularımız `kvadrat` oynadıqdan sonra müəyyənləşdirilmiş pulsda 2 dəfə kross qaçaraq kifayətləndilər.
Məlum olduğu kimi, millinin Qazaxıstanla oyununda zədələnən Rauf Əliyev uzun müddətə sıradan çıxmışdı. Artıq 22 yaşlı forvard müayinə üçün İstanbula yollanıb. Yoxlama zamanı Raufun ən azı 2 həftə İstanbulda qalacağı müəyyənləşib.Rauf bu müddətdə həkim nəzarətində qalacaq. Ardınca komandamızın düşrgəsinə qoşulacaq Rauf sağalma mərhələsininin uğurla keçməsini gözləyəcək. Bu periodun da təxminən 10-15 gün davam edəcəyini söyləmək olar. Təxminən 1 ay sonra Əliyev yüngül məşqlərə başlayacaq.
Sabaha komandamızın 2 məşqi nəzərdə tutulub.