“Qarabağ” rekordunu təkrarladı

single-news
13 May 2024

“Qarabağ” rekordunu təkrarladı



“Qarabağ” Azərbaycan çempionatlarının bir mövsümündə vurulan qol sayındakı rekordunu təkrarlayıb. Komandamız buna Misli Premyer Liqasının XXXIV turunun “Zirə” ilə matçında nail olub. 1:0 hesablı səfər qələbəsi əldə edən “Qarabağ” 2023/24 mövsümündəki qol sayını 91-ə çatdırıb.

Bununla da komandamız tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. Ağdam klubu 2022/23 mövsümündə də 91 qola imza atıb.

Azərbaycan çempionu mövsümün sonunadək daha iki matç keçirəcək. Komandamız “Turan Tovuz”la evdə, “Araz-Naxçıvan”la səfərdə qarşılaşacaq.

Paylaş

// pop up