`Qarabağ` rəqibini rahat keçdi, 8:0
17 İyn 2010
`Qarabağ` rəqibini rahat keçdi, 8:0
`Qarabağ` Futbol Klubu Qızılcahamamda hazırlıqlarını davam etdirir. Bu gün komandamız səhər ilk hazırlığına çıxıb. Axşam isə komandamız yoxlama görüşünə çıxıb. Rəqibimiz isə yerli `Qızılcahamam Belediyyespor` olub. Komandamızın ümumi hazırlığını yoxlamaq üçün keçirilən görüşdə çalışdırıcımız Qurban Qurbanov ilk yarıda bu `11`-liyə şans verib.
Fərhad, Maksim, Aftandil, Samir, Teli, Qara, Aslan, Emin, Adamiya, Zoran, Rauf. Komandamız ilk yarıda ilk dəyişiklik də edib. Komandamızın yeni transferi Samir Abasovun yerinə Namiq Yusifov meydana daxil olub.
Komandamız 2-ci yarıya da fərqli heyətlə çıxıb: Sahil, Nodar, Ayxan, Zaur, Rəşad Kərimov, Rəşad Sadiqov, İqor, Elvin, Tural, Namiq, Vüqar. Eyni zamanda Sadiqovun yerinə meydana daxil olan Əfran İsmayılov da matçda oynamaq şansı əldə edib.
Oyun komandamızın ərazi üstünlüyü ilə keçib. İlk yarıda Rauf dublunu rəsmiləşdirib. Emin isə ilk yarının nəticəsini müəyyənləşdirib, 3:0.
2-ci yarıya fərqli heyətlə başlayan komandamız hücumlarına davam etdirib və qolları sıralayıb. Öncə Sadiqov fərqlənib. Ardınca Sadiqovun adaşı Rəşad Kərimov fərqlənib. Vüqar 6-ci, Tural isə 7-ci topu vurub.Oyunda son nöqtəni isə Rəşad Kərimov qoyub. Beləliklə, komandamız görüşdən 8:0-lıq qalibiyyətlə ayrılıb.