`Qarabağ` `Rəvan`a hazırdı

single-news
18 Fev 2014

`Qarabağ` `Rəvan`a hazırdı



`Qarabağ`ımız `Rəvan`la oyuna hazırdır. Premyerliqanın XXII turunda `sarı-qırmızı`ları qəbul edəcək komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Sonuncu turda AZAL-la qarşılaşdıqdan sonra istirahət etmədən dərhal hazırlıqlara başlayan komandamız artıq `kamp`dadır.
`Qarabağımızda `Rəvan`la oyunöncəsi ciddi itki var. Qara Qarayev vərəqə limitini doldurduğuna görə oyunu buraxmalı olacaq.
Qeyd edək ki, `Rəvan` - `Qarabağ` Fevralın 19-u, saat 17:00-da `Bayıl-Arena`da keçiriləcək.

Paylaş

// pop up