`Qarabağ` `Rəvan`la görüşə hazırdır

single-news
15 Okt 2011

`Qarabağ` `Rəvan`la görüşə hazırdır



`Qarabağ`ımız `Rəvan`la oyuna hazırdır.  2 həftəlik fasilədən sonra start götürən premyerliqada debütantla qarşılaşacaq komandamız hazırlıqlarını tamamlayaraq oyun saatını gözləyir. Bu gün komandamız oyunöncəsi yüngül çalışma keçəcək. Matçın keçiriləcəyi `Dalğa Arena`da 1 saat tər `tökəcək` komandamız ardınca oteldə məskunlaşacaq.
`Sarı-qırmızı`larla oyunöncəsi komandamızda 3 itki var. Emin İmaməliyevin dekabra qədər sıradan çıxdığı məlum idisə,  U-21-in Belçikayla oyununda zədələnən Qara Qarayevlə yanaşı son məşqdə əzələsi dartılan Nderim Nedzipi `Rəvan`a qarşı oyunda forma geyinməyəcək.  Əvəzində  premyerliqada keçirdiyimiz ilk oyunda sıradan çıxan Zaur Həşimov tam sağalaraq meydana çıxmağa hazırdır.
Xatırladaq ki, `Rəvan` - `Qarabağ` oyunu 16 Oktyabrda saat 17:00-da Mərdəkanda, `Dalğa Arena`da keçiriləcək.

 

Paylaş

// pop up