"QARABAĞ" REVANŞI ALDI (ÇEMPİON, 28 FEVRAL,2005)

single-news
28 Fev 2005

"QARABAĞ" REVANŞI ALDI (ÇEMPİON, 28 FEVRAL,2005)



Komandaların birinci dövrədə Suraxanıda keçirdikləri oyun futbol həvəskarlarının hələ də xatirindədir. Belə ki, o vaxt Fərrux İsmayılovun zərbəsindən sonra baş hakim Fariz Yusifov mərkəzi göstərsə də, ağdamlılar yan hakim Sabir əliyevə hücum çəkərək topun qapı xəttini keçmədiyini iddia etmişdilər. Matç 2:1 hesabı ilə Yunis Hüseynovun yetirmələrinin qələbəsi ilə başa çatmışdı. ”Karvan” - ”Qarabağ” 0:1 Qol: V. Vasilyev, 21 ”Karvan”: Dmitri Kramarenko, Tərlan əhmədov, Samir Mütəllimov (Ruslan əmircanov, 32), Mahir Şükürov (Cəmşid Məhərrəmov, 15) Məkan Nəsirov, Nazar Bayramov, Qoça Trapaidze, Aydın Tuna (Bəşir Muqadi, 46) Kamal Quliyev, Zaur Ramazanov, Fərrux İsmayılov ”Qarabağ”: Vitali Kovalyov, Andrey Kolinenko, Vladimir Boqaç, Samir Abbasov, Mübariz Orucov, Aslan Kərimov, Denis Sokolovski (Ruslan Musayev, 80), İsmayıl Məmmədov, Emin İmaməliyev (Azər Cabbarov, 31), Samir Musayev, Vadim Vasilyev (Vüqar Nadirov, 24) Sarı vərəqələr: C. Məhərrəmov, İ. Məmmədov, S. Abbasov Hakimlər: Zöhrab Qədiyev, Aydın ələkbərov, Arif Ağayev, Azad Mütəllimov Stadion: Yevlax şəhər stadionu, 4500 tamaşaçı Artıq zədəsini sağaldan Tərlan əhmədov əsas heyətdə yer almışdı. Oyuna “Karvan” daha fəal başladı. Beşinci dəqiqədə Zaur Ramazanovun sol cinahdan qapıya zərbəsi dəqiq olmadı. İki dəqiqə sonra Nazar Bayramovun ötürməsindən sonra Zaur qapıçı ilə təkbətək çıxsa da, zərbəsi qapıdan azca aralı keçdi. 10-cu dəqiqədə Qoça Trapaidzenin asmasından sonra Ramazanov başı ilə topu çərçivəyə yönləndirsə də, Kovalyov bu epizodda inamlı oynadı. Bundan sonra “Qarabağ” irəli atıldı. 19-cu dəqiqədə Emin İmaməliyevin zərbəsi hədəfi tapmadı. İyirmi birinci dəqiqədə Vadimin zərbəsi dəqiq oldu. Bu vəziyyətdə Vasilyevə ötürməni İsmayıl Məmmədov vermişdi. 28-ci dəqiqədə yevlaxlılar hesab arasındakı fərqi azaltmaq üçün yaxşı imkan əldə etdilər. Andrey Kolinenko cərimə meydançasında Zaura qarşı kobudluq etdi və baş hakim Zöhrab Qədiyev ağdamlıların qapısına on bir metrlik cərimə zərbəsi təyin etdi. Lakin zərərçəkənin zərbəsini Kovalyov dəf edə bildi. Birinci hissənin sonlarında İsmayılov bir və Ramazanov isə əlinə düşən iki qol imkanından yararlana bilmir. İkinci hissəyə də ev sahibləri daha fəal başladılar. 67-ci dəqiqədə Bəşirinin asmasından sonra Zaurun baş zərbəsi dəqiq alınmadı. 78-ci dəqiqədə İsmayılın gözəl zərbəsindən sonra Kramarenko komandasını qoldan xilas edə bildi. 85-ci dəqiqədə qonaqlar hesab arasındakı fərqi artıra bilərdilər. Ağdamlılar on bir metrlik cərimə zərbəsi vurmaq şansı qazandılar. Tərlan əhmədov cərimə meydançasında Samir Musayevə qarşı kobudluq etdi. Oyuna ikinci hissədə daxil olan Ruslan Musayevin zərbəsi qapıdan yan keçdi. Yevlaxlıların yaratdıqları son qol vəziyyətindən də Zaur Ramazanov yararlana bilmədi. Beləcə yevlaxlılar “Neftçi”nin ardından ağdamlılarla matçdan da xalsız ayrıldılar.

Paylaş