“Qarabağ” Riçard Almeyda ilə müqaviləni uzatdı
3 İyn 2024
“Qarabağ” Riçard Almeyda ilə müqaviləni uzatdı
“Qarabağ” futbolçusu Riçard Almeyda ilə müqaviləni yeniləyib. Klubumuzla 35 yaşlı yarımmüdafiəçi arasında anlaşma bir il müddətinə uzadılıb.
Riçardın yeni müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
O, komandamızda 9 dəfə Azərbaycan çempionu, 5 dəfə ölkə kubokunun qalibi olub. Riçard bu müddətdə Premyer Liqada 238 oyunda 46 qol vurub.