“Qarabağ” “River Pleyt”i arxada qoydu (apasport.az)

single-news
12 Yan 2011

“Qarabağ” “River Pleyt”i arxada qoydu (apasport.az)



 

2010-cu ilin ən yaxşı futbol klublarının adı məlum olub. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) planetin 350 ən güclü klubunun adlarını açıqlayıb.

Hesabında 300 xal olan İtaliyanın “İnter” klubu cədvəlin I pilləsində qərarlaşıb. Almaniyanın “Bavariya” komandası 268, İspaniya təmsilçisi “Barselona” isə 266 xalla ilk “3-lük”də qərarlaşıblar.

İFFHS-in siyahısında yeganə Azərbaycan təmsilçisi Ağdamın “Qarabağ” klubudur. Ötən il ərzində 80 xal toplayan Qurban Qurbanovun yetirmələri planetin 248-ci komandasıdır. Ötən ayla müqayisədə 22 pillə irəliləyən “Qarabağ” indiki mövqeyini “Qoyaniense” (Braziliya) və “MüPA-47” (Finlandiya) ilə bölüşür.

Qeyd edək ki, ağdamlıların arxada qoyduğu komandalar siyahısında “Feyenord” (Hollandiya), “Mayns” (Almaniya), “Espanyol”, “Atletik”, “Osasuna” (hamısı İspaniya), “Parma” (İtaliya), “Bolton”, “Blekbern” (hər ikisi İngiltərə), “Ayntraxt”, “Hoffenhaym” (hər ikisi Almaniya), “River Pleyt” (Argentina) kimi klublar da var.

Paylaş

// pop up