"QARABAĞ" "RUBİN"LƏ QARŞILAŞMADI (FUTBOL+, 25 YANVAR)

single-news
25 Yan 2005

"QARABAĞ" "RUBİN"LƏ QARŞILAŞMADI (FUTBOL+, 25 YANVAR)



Artıq 15 gündü Türkiyədə olan "Qarabağ"dünən növbəti yoxlama matçında "Rubin"lə qarşılaşmalıydı. Amma "Xəzər-Lənkəran"ın yendiyi rusiyalıların əvəzedicilərdən və baxışda olanlardan ibarət heyəti ilə keçirilməli olan matç baş tutmayıb. Etiraf edək ki, 6 oyunçusu yığmada olan "Qarabağ"da bu matça demək olar ki, ikinci heyətlə çıxacaqdı. Bu xəbəri yayan klubun mətbuat xidməti növbəti matçın sabah Ukrayna "Arsenal"ına qarşı olacağını da qeyd edib. Komandanın Antalya toplanışına qatılmayan 3 futbolçu isə hələ də fərdi məşqləri sürdürərək, "Qarabağ"ın Bakıya dönməsini gözləyir. Ağdamlılar Antalyanı fevralın 5-də tərk edəcək.

Paylaş