“Qarabağ” - “Sabah”: 22-ci duel

single-news
10 Fev 2024

“Qarabağ” - “Sabah”: 22-ci duel



“Qarabağ” sabah növbəti oyununu keçirəcək. Qurban Qurbanovun yetirmələri Misli Premyer Liqasının XXII turunda “Sabah”la qarşılaşacaq.

 

Görüş Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu matç rəqiblərin Premyer Liqa çərçivəsində 22-ci dueli olacaq.

 

Komandamız əvvəlki oyunlarda böyük üstünlüyə malikdir. “Qarabağ” 14 qələbə qazanıb, 6 heç-heçə edib və bir matçdan xalsız ayrılıb. 39 qol vuran futbolçularımız 13 top buraxıblar. Komandamız son 4 görüşdə meydandan qolsuz ayrılmayıb.

 

Öz meydanındakı 11 oyunda 7 qələbəsi olan “Qarabağ” 4 heç-heçə edib. Evdə məğlubiyyətlə üzləşməyən komandamız 23 qol vurub, 7-ni buraxıb.

 

Qeyd edək ki, fevralın 11-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Sabah” matçı saat 19:00-da başlayacaq.

 

29.09.2018. Sabah - Qarabağ - 0:2
24.11.2018. Qarabağ - Sabah - 1:1
23.02.2019. Sabah - Qarabağ - 1:1
13.04.2019. Qarabağ - Sabah - 3:0
06.10.2019. Qarabağ - Sabah - 2:0
02.12.2019. Sabah - Qarabağ - 0:1
29.02.2020. Qarabağ - Sabah - 0:0
22.08.2020. Qarabağ - Sabah - 2:0
21.01.2021. Sabah - Qarabağ - 1:2
13.03.2021. Qarabağ - Sabah - 2:0
09.05.2021. Sabah - Qarabağ - 0:4
17.10.2021. Sabah - Qarabağ - 1:2
04.12.2021. Qarabağ - Sabah - 5:1
12.03.2022. Sabah - Qarabağ - 0:1
03.05.2022. Qarabağ - Sabah - 1:1
11.09.2022. Qarabağ - Sabah - 4:3
13.11.2022. Sabah - Qarabağ - 0:0
11.02.2023. Qarabağ - Sabah - 1:1
16.04.2023. Sabah - Qarabağ - 2:1
17.09.2023. Qarabağ - Sabah - 2:0
24.11.2023. Sabah - Qarabağ - 1:2

Paylaş