`Qarabağ` sabah başlayacaq
6 Noy 2012
`Qarabağ` sabah başlayacaq
`Qarabağ` sabahdan məşqlərə başlayacaq. Noyabrın 18-də `Simurq`la qarşılaşacaq `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov AZAL-la baş tutan oyundan sonra komandaya 2 günlük istirahət vermişdi. Milli oyunlarla əlaqədar olaraq yaranacaq fasilə müddətində `Qarabağ`ımız hazırlıqlarını tam heyətlə yerinə yetirə bilməyəcək. Milli futbolçularımız yığmaların heyətinə yollanıb.
