`Qarabağ` sabah gedir

single-news
23 İyl 2013

`Qarabağ` sabah gedir



Avroliqanın II təsnifat mərhələsində qarşılaşacağı `Pyast`la oyunun hazırlıqlarını davam etdirən `Qarabağ`ımız  bugün saat 19:30-da Respublika stadionunda sonuncu məşqinə çıxacaq. Bununla da Bakıdakı hazırlıqlarını tamamlayacaq komandamız sabah səhər birbaşa Polşanın Katovitse şəhərinə yollanacaq. Komandamız ordan 30 km aralıda yerləşən Glivitse şəhərinə yollanacaq.
Sabah komandamız yerli vaxtla 17:30-da (Bakı vaxtıyla 20:30-da) oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, ilk oyunda 2:1 qalib gəldiyimiz cütün revanş qarşılaşması İyulun 25-də saat 20:30-da keçiriləcək.

Paylaş

// pop up