`Qarabağ` sabah Lənkərana yollanır

single-news
7 Dek 2011

`Qarabağ` sabah Lənkərana yollanır



`Qarabağ`ımız sabah Lənkərana yola düşür. Bazar günü baş tutmuş `Turan` maçıyla 11 günlük səfərə son qoyan komandamız  Bakıya qayıtmışdı. 1 günlük istirahətin ardından məşqlərə start verilib. Günə 1 çalışma yerinə yetirən komandamız `Xəzər`-Lənkəran`la oyunun hazırlıqlarını davam etdirir.  Komandamız sabah səhər məşq etdikdən sonra Lənkərana yollanacaq.
Komandamızda vacib oyunöncəsi itki yoxdu. Türkiyədən bərpa prosesi keçən Rəşad Sadıqov da artıq geri dönüb. Sadıqov hələlik fərdi məşqlərlə kifayətlənir. 29 yaşlı müdafiəçinin oyuna çıxb-çıxmayacağı hələ bəlli deyil.
Xatırladaq ki, `Xəzər-Lənkəran` - `Qarabağ` oyunu  dekabrın 10-da baş tutacaq.
 

Paylaş

// pop up