"Qarabağ" - "Sabah" matçının hakimləri məlum oldu

single-news
10 Apr 2019

"Qarabağ" - "Sabah" matçının hakimləri məlum oldu



Azərbaycan Premyer Liqasının XXIV turunda baş tutacaq matçların hakim təyinatları açıqlanıb. "Qarabağ"ımızın bu turda qarşılaşacağı "Sabah"la matçı İnqilab Məmmədovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək. Ona yan xəttlərdə Rahil Ramazanov və Pərvin Talıbov kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi isə Rəşad Əhmədovdur.

Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 13-ü, saat 18:30-da start götürəcək. 

13 aprel
18:30. “Qarabağ” – “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Paylaş