"Qarabağ" "Sabah"a qalib gəldi

12 Sen 2022
"Qarabağ" "Sabah"a qalib gəldi
Premyer Liqanın 6-cı turunda "Qarabağ" "Azersun Arena"da "Sabah"ı qəbul edib.
Qarşılaşma komandamızın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb. Qollarımızı Musa Qurbanlı, Elvin Cəfərquliyev və Ramil Şeydayev (2) vurublar.
1 oyunu ehtiyatda olan "Qarabağ" 15 xalla turnir cədvəlində liderliyə yüksəlib.