"QARABAĞ" - "ŞAHDAĞ-SAMUR" 2:1

single-news
10 May 2005

"QARABAĞ" - "ŞAHDAĞ-SAMUR" 2:1



"Qarabağ"- 1.R.Mehdiyev, 3.A.Kolinenko, 4.V.Boqaç(8.A.Cabbarov,34), 5.A.İbrahimov, 15.M.Orucov, 11.M.E.Özmən(17.V.Nadirov,61), 7.A.Məmmədov, 21.İ.Məmmədov, 20.R.Musayev, 91.D.Sokolovskiy, 9.S.Musayev(14.İ.Karamanov,85). "Şahdağ-Samur"- 30.T.Məcidov(31.A.Bayramov,46), 3.N.Məmmədov(4.T.Navruzaşvili,43), 13.K.Əlibabayev, 5.A.Nurəliyev, 7.A.Hümbətov, 9.E.Rüstəmov, 11.B.Şahquliyev, 14.S.Xairov, 6.K.Kvetenadze(8.F.Əmirquliyev,82), 16.Y.Maksimenko, 18.D.Qureşidze. Matç öncəsi "Qarabağ" FK Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər... Matç gözlənildiyi kimi, "Qarabağ"ın hücumları ilə başlandı.9-cu dəqiqədə İsmayıl fərqlənməyə yaxın oldu. 11-ci dəqiqədə isə Samir Musayevin zərbəsi dəqiq olmadı. 14-cü dəqiqədə hesab açıldı. Aqilin ötürməsini Denis Sokolovski qapıdan keçirdi. Erkən qol komandamızın daha rahat oynamasına gətirib çıxardı. Bununla da, təhlükəli vəziyyətlər biri digərini əvəzləməyə başladı. 25-ci dəqiqədə Ruslanın ötürməsindən Denis yararlana bilmədi. Az sonra Ruslan özü fərqlənməyə yaxın oldu. 33-cü dəqiqədə isə müdafiəçilərin kobud səhvindən M.E.Özmən məharətlə istifadə edib, Ruslanı zərbə mövqeyinə çıxardı. Ruslan Musayev isə qapını dəqiq nişan ala bilmədi. Az sonra İsmayıl- Engin- Ruslan kombinasiyası sonuncunun yenə də qeyri dəqiq zərbəsi ilə başa çatdı... İkinci hissə başlayan kimi, cərimə zərbəsindən İsmayıl hesabı dəyişməyə yaxın oldu. Amma top azacıq aralı keçdi. 61-ci dəqiqədə Enginin ötürməsini Samir başla qapaya bilmədi. Bir qədər sonra Mübariz -Ruslan - Samir - İsmayıl kombinasiyası təhlükəli zərbə ilə başa çatdı. 81-ci dəqiqədə isə, İsmayıl Məmmədovun ötürməsini Samir dəqiq zərbə ilə başa vurdu.2:0 Bundan sonra bir qədər sakitləşən "Qarabağ" 88-ci dəqiqədə qapısında bir top gördü: 2:1 və "Qarabağ" növbəti üç xalı aktivinə yazdı. Turun bu gün keçirilən digərmatçları belə nəticələnmişdir: ”MKT-Araz” - “Şəmkir” 2:0 ”Ədliyyə” - “Gəncə” 2:1 ”Göyəzən” - “Gənclərbirliyi” 2:1 "Qarabağ"- "Şahdağ-Samur" matçindan fotogörüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş

// pop up