"Qarabağ" - "Şamaxı" oyununun hakimləri
14 Apr 2022
"Qarabağ" - "Şamaxı" oyununun hakimləri
Premyer Liqanın 23-cü turunda keçiriləcək "Qarabağ" - "Şamaxı" oyununun təyinatları açıqlanıb.
Qarşılaşmanı Rauf Allahverdiyev idarə edəcək. Pərvin Talıbov və Kamran Bayramov köməkçi hakimlərdir. Dördüncü hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək.
Hakim-inspektor Gülağa Cabbarov, AFFA nümayəndəsi isə Seymur Səlimlidir.
Qarşılaşma aprelin 15-i saat 19:30-da "Azersun Arena"da baş tutacaq.
