“Qarabağ” şanslıdı (futbol+, 27.04.2006)

single-news
27 Apr 2006

“Qarabağ” şanslıdı (futbol+, 27.04.2006)



Kubok yarışlarında 30-cu dəfədi ilk matça çıxan komandalar qolsuz sülhlə ayrılmalı olur. Əvvəlki duellərin 7-də ikinci matçın qonaqları evdə bacarmadığını səfərdə edib. Digər 22 haldan ikisində penalti seriyasında olmaqla meydan sahibləri ilk oyundakı heç-heçədən yararlanıb. Bir sözlə, “Qarabağ”ın “Neftçi” səddini aşması 75 faizdən də çox real görünür. Amma yarımfinaldakı iki belə dueldə bərabərlik hökm sürür. Ağdamlılar üç dəfə ilk oyundan belə üstünlüklə dönübsə, heç birində şansı qaçırmayıb. Flaqmanın yeganə belə vəziyyətə düşməsi isə “Qarabağ”ın 1/8 finalda dayanmasıyla nəticələnib. Amma 1998/99 mövsümündən fərqli bu dəfə bakılılar səfərdə yox, evdə qolsuz heç-heçə edib. “Neftçi”nin indi düşdüyü vəziyyətdən “Qarabağ”ın bir dəfə çıxa bildiyini də qeyd edək. Flaqmansa ölkə kuboku tarixində ikinci dəfə bu duruma düşür. Ötən il 1/4 finalda “İnter” 9 nəfərlə qalan “Neftçi”ni 120 dəqiqəyə yox, penaltilərlə yenmişdi. Görəsən, indi necə olacaq?

Paylaş