"Qarabağ" "Səbail"ə qalib gəlib
.jpg)
25 Fev 2021
"Qarabağ" "Səbail"ə qalib gəlib
Premyer Liqanın 17-ci turunda "Qarabağ" "Səbail"i qəbul edib.
"Azərsun Arena"da keçirilən qarşılaşmada komandamız 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 72-ci dəqiqədə Xayme Romero cərimə zərbəsindən vurub.
Komandamız qələbə sayəsində xalını 33-ə çatdırıb və 1-2-ci pillələrdə qərarlaşıb.