"QARABAĞ" - "ŞƏMKİR" 3:2

single-news
23 Fev 2005

"QARABAĞ" - "ŞƏMKİR" 3:2



"Qarabağ": 12.V.Kovalyov, 3.A.Kolinenko, 4.V.Boqaç, 6.S.Abbasov(8.A.Cabbarov,69), 15.M.Orucov, 16.A.Şubin, 21. İ.Məmmədov, 91.D.Sokolovski, 11.E.İmaməliyev, 10.V.Vasilyev(18.N.Həsənov,80), 17.V.Nadirov(9.S.Musayev,60). "Şəmkir": 1.E.Tahirov, 16.V.Vəliyev, 14.M.Cenarauli, 17.Ü.Mədətov, 6.Z.Əsədov(18.R.Xəlilov,77), 7.P.Əliyev(11.R.Əmiraslanov,70), 8.X.Mərdanov, 15.F.Pərvərov, 2.Q.Bartiya, 9.R.Məmmədov, 10.V.Kulikov. Qollar:10.V.Vasilyev(21),11.E.İmaməliyev(60), 3.A.Kolinenko(80)("Qarabağ"); 9.R.Məmmədov(82)("Şəmkir"), 3.A.Kolinenko(avtoqol). Oyun gözlənildiyi kimi "Qarabağ"ın hücumları ilə başladı.12-ci dəqiqədə Vüqar Nadirovun uzaq məsafədən zərbəsi yaddaqalan oldu. 18-ci dəqiqədə Kolinenkonun ötürməsindən sonra Samir Abbasovun zərbəsi alınmadı. 21-ci dəqiqədə isə Eminin yandan rəqibin iki oyunçusunu keçdikdən sonra ötürməsini Vadim məntiqi sonluqla başa çatdırdı.1:0. 40-cı dəqiqədə Vüqarın gözəl drimlinqi son anda zərbəsinin alınmaması ilə yarımçıq qaldı. İkinci hissə də "Qarabağ"ın ərazi üstünlüyü ilə keçdi. 54-cü dəqiqədə İsmayılın yandan ötürməsindən sonra zərbəni qapıçı tuta bildi. 60-cı dəqiqə isə Eminin gözəl qolu ilə tarixə yazıldı: 2:0. Rəqib özünə gəlməmiş komandamızın legionerlərinin bir birini yaxşı başa düşməsi üçüncü qolun rəqib qapısına vurulması ilə nəticələndi. Bundan sonra "Qarabağ"ın bir qədər sakit oynaması rəqibin futbolçusu Ramin Məmmədovun qapımıza qolu ilə nəticələndi. Son dəqiqələrdə isə Kovalyov və Kolinenkonun bir-birini başa düşməməsi avtoqolla nəticələndi.Oyun 3:2 "Qarabağ"ın xeyrinə başa çatdı. Bu gün keçirilən digər oyunların nəticələri ilə tanış olun: "Neftçi" - "Karvan" 2:1 "Xəzər"L. - "Bakı" 2:0 "Şahdağ"S. - "Turan" 0:3 "Qarabağ" - "Şəmkir" matçından foto görüntülərə FOTOQALEREYA bölməsindən baxa bilərsiniz.

Paylaş