`Qarabağ` - `Sent-Etyen`: Oyunöncəsi mətbuat konfransı
16 Sen 2014
`Qarabağ` - `Sent-Etyen`: Oyunöncəsi mətbuat konfransı
Avroliqanın qrup mərhələsi çərçivəsində baş tutacaq `Qarabağ` - `Sent-Etyen` oyunöncəsi mətbuat konfranslarının vaxtı müəyyənləşmişdir. Sentyabrın 17-də 18:15-də `Qarabağ`ımızın baş məşqçisi Qurban Qurbanov mətbuat nümayəndələrinin önünə çıxacaq.`Qarabağ`ımızın oyunöncəsi məşqi isə 18:45-də başlayacaq.
`Sent-Etyen`nin baş məşqçisi Christophe Galtier isə 19:30-da mətbuat konfransına çıxacaq. Fransızların məşqi isə 20:00-da start götürəcək.
Xatıradaq ki, `Qarabağ` - `Sent-Etyen` oyunu Sentyabrın 18-də 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
