"Qarabağ" - "Şerif": Mətbuat konfransları və son məşqlər

"Qarabağ" - "Şerif": Mətbuat konfransları və son məşqlər
Avropa Liqasının pley-off mərhələsinin cavab matçları çərçivəsində baş tutacaq "Qarabağ" -”Şerif” (Moldova) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub.
Baş məşqçimiz Qurban Qurbanov avqustun 29-u "Azərsun Arena"nın mətbuat zalında saat 18:10-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
Rəqib komandanın baş məşqçisi saat 19:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. “Şerif”in oyunöncəsi son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.
QEYD: Klubumuz tərəfindən ayrılmış avtobus media mənsublarını saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionundan "Azərsun Arena"ya aparacaqdır və komandamızın məşqindən sonra yenidən Respublika stadionuna qaytaracaqdır.