"Qarabağ" Səttar Əliyevə tapşırıldı (FUTBOL+, 11.07.2005)

single-news
11 İyl 2005

"Qarabağ" Səttar Əliyevə tapşırıldı (FUTBOL+, 11.07.2005)



Artıq neçənci dəfədi ki, "Qarabağ"lı rəsmilərin verdiyi vədlər düz çıxmır. Bildiyiniz kimi, geridə qalan həftə içində ağdamlılar baş məşqçi məsələsini həll etməliydi. Gəl ki, bu dəfə də boş qalan postun yiyəsi müəyyənləşmədi. Dünən isə "Qarabağ"la bağlı yeni xəbər aldıq. Əsas çalışdırıcının kimliyinə aydınlıq gəlməsə də, komandanın hazırlıq planı məlumdu. Baş məşqçi məsələsinin yubandığını görən klub rəhbərliyi seçim etmək məcburiyyətində qalıb və artıq bu gün komanda Tofiq İsmayılov adına Suraxanı stadionunda Səttar Əliyevin rəhbərliyi ilə məşqlərə başlayacaq. "Qarabağ"da uzun müddətdi məşqçi funksiyasını yerinə yetirən Səttar bəy müvəqqəti hazırlıqlara başçılıq etməlidi. Belədə biz öncə məsuliyyəti üzərinə götürən Əliyevlə əlaqə saxladıq: " Dünən baş direktor Əmrah Çəlikəl çağırıb komandanı növbəti milli çempionata hazırlaşdırmağımı istədiklərini söylədi. Bugündən məşqlərə başlayırıq. Müqaviləsi olan futbolçulardan başqa bir sıra gənc və təcrübəli oyunçu da əvət edəcəyik. Danışıqlar gedir. Hələ ki adlarını açıqlamaq istəmirəm, lakin onu deyə bilərəm ki, yaxında həmin futbolçularla müqavilə imzalanmalıdır. Artıq onlarla sözdə anlaşılıb". Səttar bəy futbolçuların adlarını demək istəməsədə, sonda bir neçəsinin kimliyini aydınlaşdıra bildik. Belə ki, yenilər ötən mövsümü hərbi xidmətlə əlaqədar OMİK-də keçirən qapıçı Elçin Cəfərovla müdafiəçi Hüseyn İsgəndərovdur. "Qarabağ" daha bir arxa xətt oyunçusu ilə də danışıqlara başlayıb. Bu əvvəllər ağdamlıların formasını geyinmiş təcrübəli sol cinah müdafiəçisi Vasif Haqverdiyevdir. Eyni zamanda Müşfiq Hüseynovun da məsələsi böyük ehtimalla baş tutmaq üzrədir. Sabiq kapitan güman ki, doğma komandasının bugünkü məşqinə qatılacaq....

Paylaş

// pop up