"Qarabağ" - "Sevilya": Son məşqlər və mətbuat konfransları

single-news
17 Sen 2019

"Qarabağ" - "Sevilya": Son məşqlər və mətbuat konfransları



Avropa Liqasının qrup mərhələsinin ilk turun matçları çərçivəsində baş tutacaq "Qarabağ" - "Sevilya" (İspaniya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı bəlli olub. Sentyabrın 18-i, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında baş məşqçimiz Qurban Qurbanov  media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 17:30-da Suraxanı qəsəbəsində yerləşən klubumuzun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Sevilya"nın baş məşqçisi isə saat 18:30-da Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. İspaniya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq.

QEYD: Qeydiyyatdan keçmiş KİV nümayəndələri sentyabrın 18-i, saat 12:00-dan 19:00-a qədər akkreditasiyalarını Tofiq Bəhramov adına Respublika stadionunun media mərkəzindən əldə edə bilərlər. 

Paylaş