`Qarabağ` Şimali İrlandiyaya hazırlaşır
`Qarabağ` Şimali İrlandiyaya hazırlaşır
`Qarabağ`ımız Avropa liqasının 2-ci turunda qarşılaşacağı `Portadoun`la oyunun hazırlıqlarını davam etdirir. Gündə bir dəfə olmaqla məşq edən komandamız Suraxanı qəsəbə stadionunda çalışır. Bu günün çalışması axşam 8-in yarısında baş tutub.
Artıq komandamız sabah Şimali İrlandiyaya yollanmağı planlaşdırır. Komandamızda 2 oyunluq cəza alan Admir Teli ilə yanaşı zədəsini hələ tam sağalmayan yeni transfer Ansi Aqoli də oyuna iştirak edə bilməyəcək. Adı çəkilən oyunçularla yanaşı kiçik zədəsi olan Rəşad Kərimov da Britaniyaya getməyəcək. Ayxan Abbasov isə sağalıb və komandayla məşqlərə qoşulub.
Qeyd etdiyimiz kimi, `Qarabağ`ımız sabah Şimali İrlandiyaya yollanmağı planlaşdırır. Komandamızın sabah sabah viza alması gözlənilir. Komandamız oyundan bir gün öncə oyunun keçiriləcəyi stadionda məşqə çıxacaq.
Xatırladaq ki, `Portadoun` - `Qarabağ` oyunu yerli vaxtla 19:45-də keçiriləcək. 4 saatlıq vaxt fərqini nəzərə alsaq oyun bakı vaxtıyla 23:45-də baş tutacaq.