`Qarabağ` - `Simurq` 2:0. İlk və davam edən seriya

single-news
7 Mar 2012

`Qarabağ` - `Simurq` 2:0. İlk və davam edən seriya



Ağdam. Quzanlı qəsəbə stadionu.
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov.
AFFA nümayəndəsi: Əliyar Xanəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.

`QARABAĞ`: Boyan Pavloviç, Namiq Yusifov, Bəxtiyar Soltanov, Rauf Əliyev, Rəşad Sadıxov, Vüqar Nadirov, İlqar Qurbanov, Muarem Muarem, Ansi Aqolli, Admir Teli, Georgi Adamiya

`SIMURQ`: Dmitri Kramarenko, Rasim Ramaldanov, Emin Cəfərquliyev, Ruslan Poladov, Rüstəm Abbasov, Vasili Yanatovski, İqor Tarasov, Daniel Genov, Qərib İbrahimov, Andrey Rubins, Anatoli Doroş

1`- Oyuna `Simurq` başlayır
3`- Komandamızın hücumu… Muarem irəliləyir, onun Adamiyaya ötürməsi dəqiq olmur
6`- Adamiya rəqiblərini keçir və onun Raufa ötürməsi, lakin Rauf topu itirir
9`- Növbəti hücum.. Raufdan gözəl hərəkətlər, lakin o topu itirir
11`- `Qarabağ` künc zərbəsi yerinə yetirir, Rəşadın qapıya doğru zərbəsi, lakin top qapıdan aralı keçir
13`- `Simurq` hücumu… top qapı tirinə dəyir
15`- `Simurq` cərimə zərbəsini yerinə yetirir, Pavloviç topu dəf edir
22`- Adamiyaya qarşı qayda pozulur və Rəşad Sadıxov cərimə zərbəsi yerinə yetirir və QOOOOL! Rəşaddan möhtəşəm qoool.
Hesab açılır 1-0
25`- `Simurq` künc zərbəsi yerinə yetirir, Pavloviç topu dəf edir
26`- Adamiyadan qapı qarşısına gözəl ötürmə, lakin Bəxtiyar qapıya zərbə üçün gecikir
32`- Vüqar sürətlə irəliləyir… lakin ona qarşı qayda pozulur
33`- Rəşad cərimə zərbəsi yerinə yetirir, Raufun baş zərbəsi və top meydandan çıxır
35`- Muarrem sürətlə irəliləyir, ona qarşı kobudluq edilir. Rüstəm Abbasov sarı vərəqə alır
40`- Vüqar 2 rəqibini keçir, qapıya doğru qüvvətli zərbə, lakin top çox az fərqlə qapının yanından keçir
44`- Muaremin Vüqara ötürməsi, lakin Vüqar topu itirir
45+2`- Vüqar künc zərbəsini yerinə yetirir, lakin top uzaqlaşdırılır. Və hakim ilk hissəni bitirir
46`- İkinci hissə başlayır
47`- `Simurq`da ilk oyunçu dəyişikliyi.. Andrey Rubinsi Nicat Qurbanov əvəzləyir
51`- Adamiyaya qarşı qayda pozulur. Rəşad Sadıxov cərimə zərbəsinin yerinə yetirir, Vüqarın qapıya doğru zərbəsi və QOOOOL! Hesab 2-0
53`- `Simurq` hücumu.. Qapıya doğru zərbə və Admir Teli topu uzaqlaşdırır
58`- Aqollinin qapı qarşısına ötürməsi, Raufun baş zərbəsi və müdafiə topu meydandan çıxarır
59`- Vüqar künc zərbəsi yerinə yetirir, laki top uzaqlaşdırılır
61`- Muaremdən gözəl hərəkətlər… onun Bəxtiyara ötürməsi, lakin ona qaşı qayda pozulur
64`- Rauf sarı vərəqə alır
65`- `Simurq`da növbəti oyunçu dəyişikliyi… Daniel Genovu Tofiq Mİkayılov əvəzləyir
67`- Adamiyanın cərimə meydançasındakı Vüqara ötütrməsi, lakin Vüqar ofsayta düşür
69`- `Qarabağ`da ilk oyunçu dəyişikliyi.. Vüqar Nadirovu Əfran İsmayılov əvəzləyir
72`- Muarremə qarşı qayda pozulur və Rəşad cərimə zərbəsini yerinə yetirir. lakin  Aqolli topu qəbul edərkən səhv yol verir
75`- `Qarabağ`da növbəti oyunçu dəyişikliyi… Adamiyanı Qara Qarayev əvəzləyir
77`- `Qarabağ` hücumu… Əfran rəqiblərini keçir, onun qapıya doğru zərbəsi, lakin qapıçı topu dəf edir
78`- `Qarabağ`da son oyunçu dəyişikliyi.. Muarremi Nderim Nedzipi əvəzləyir
80`- Ansi Aqolli rəqibini keçir onun sol ayaqla qapıya doğru qüvvətli zərbəsi, lakin top qapı çatına dəydi
81`- `Simurq`da son oyunçu dəyişikliyi..
84`- `Qarabağ` hücumu…  cərimə meydançasındakı Raufa ötürmə, lakin Rasim Ramaldanov topu meydandan çıxarır
89`- Əfran künc  zərbəsi yerinə yetirir , lakin top uzaqlaşdırılır
90`- Ardıcıl təhlükəli hücumlar… Rauf qapıçı ilə təkbətək qalır, lakin o qapıya zərbə endirmək üçün gecikir.
90+1`- Əfran İsmayılov rəqibini keçir, onun qapı qarşısına ötürməsi, lakin topa rəqib daha tez çatır
90+3`- Aqollidən gözəl hərəkətlər, onun qapıya doöru zərbəsi, lakin top meydandan çıxarılır və hakim oyunu bitirir
Beləliklə `Qarabağ` növbəti qələbəsini qazanır

Paylaş

// pop up