`Qarabağ` - `Simurq` oyunu mərkəzi arenada
17 Sen 2013
`Qarabağ` - `Simurq` oyunu mərkəzi arenada
`Qarabağ`ımız `Simurq`la oyunun hazırlıqlarını davam etdirir. Bugünə 2 məşq keçən komandamız hazırlığını Suraxanı qəsəbə stadionunda keçib. Bu arada `Qarabağ`ımızın `Simurq`la matçının başlama saatı məlum olub. `Qarabağ`ımız Zaqatala klubunu Tofiq Bəhramov adına respublika stadionunda qəbul edəcək. Qeyd edək ki, mərkəzi arenanın ot örtüyü yeniləndiyinə görə komandamız ev oyunlarını `Bakcell-Arena`da keçirmişdi. Qeyd edək ki, 21 Sentyabrda baş tutacaq görüş 19-30-da start götürəcək.
