`Qarabağ` `Simurq` üçün

single-news
25 Sen 2012

`Qarabağ` `Simurq` üçün



`Qarabağ`ımız `Simurq`la oyunun hazırlıqlarına başlayıb. Sentybarın 29-da, premyerliqanın VII turu çərçivəsində  lider `Simurq`un qonağı olacaq komandamız günü 1 məşqlə keçirib. Komandamızın tək çalışması `Sərin`in idman kompleksində baş tutub. `Qarabağ`ımız cümə gününə kimi Bakıda çalışıb ardınca Zaqatalaya yollanacaq.
Xatırladaq ki, təqvimə əsasən bu oyuna `Qarabağ` ev sahibliyi etməliydi. Lakin Azərbaycanda keçirilən 17 yaşlı qızların dünya çempionatı ilə əlaqədar olaraq `Simurq`la razılaşma əsasında yerlər dəyişdirilib. Belə də Noyabrın 18-nə təyin olunmuş cavab görüşünə `Qarabağ`ımız ev sahibliyi edəcək.
Qeyd edək ki, `Simurq` - `Qarabağ` görüşü Sentybarın 29-u saat 18:00-da keçiriləcək.

Paylaş

// pop up