`Qarabağ` `Simurq`la qarşılaşacaq

single-news
25 Mar 2011

`Qarabağ` `Simurq`la qarşılaşacaq



`Qarabağ`ımız `Neftçi`ylə oyunun hazırlıqlarını davam etdirir. Qurban Qurbanovun başçılığı altında  məşq edən komandamız `Sərin`in idman meydançasında məşq edir. Milliyə göndərdiyimiz futbolçularsız davam edən çalışmalarda futbolçuların əzmlə çalışması hiss olunur. Bir müddət öncə əməliyyat olunan Aftandil Hacıyev də artıq kollektiv çalışmalarda iştirak edir.

Milli oyunlar səbəbindən premyerliqada olan 2 həftəlik fasilə ilə əlaqədar olaraq yaranmış boşluqdan maksimum yararlanmaq istəyən komandamız yoxlama oyununa çıxacaq. 17 futbolçuyla çalışmalarını davam etdirən komandamızın futbolçuları fiziki formalarını qorumağa çalışacaq.

Martın 27-sində baş tutacaq görüşdə komandamızın rəqibi `Simurq` olacaq. Suraxanı qəsəbə stadionunda keçiriləcək  oyunun keçirilmə saatı 15:00-a planlaşdırılıb.

Paylaş

// pop up